“Vətən” yazdım...Qanadına aldı məni xəyalım,Odur bəxtim, səadətim,Odur cahım-cəlalım.

Necə yazım bir şer ki,Gəzsin dildə-ağızda.Bir ümmanı sığışdırımBircə parça kağızda?

Hansı rənglə təsvir edimÇəmənini, düzünü,Dağlarının ətəyini,Çeşməsinin gözünü?Sevimlimiz Qarabağı,Savalanı, Kəpəzi?

Necə lövhə yaradım ki,Yaranmamış əvəzi?Hansı səslə haraylayım

Arazı mən, Kürü mən,Utanmayım dağ dalğalı,Quzu gözlü Xəzərdən?

Savad hanı – ayırd edimAlnındakı yazını?Mizrab hanı – məharətləDilləndirim sazını?Hünər hanı – eyham vurubDanışanda sarı sim,Damarımda coşan qanınQabağını mən kəsim?Hardan tapım ürəklərinDaşa dönmüş sərtini,

Söyləyəndə tab eləsinBu torpağın dərdini?

Hardan tapım bu CulfadanO Culfaya işləyən,Tarix boyu üzəriniTikan örtmüş yolu mən?

“Vətən” yazdım...Qanadına aldı məni xəyalım,Odur bəxtim, səadətim,Odur dərdim-məlalım...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən