Şirin bir laylayam
Dağların başında bitən çiçəyəm,Hər əsən küləyə baş əymərəm mən.Şirin arzularla çarpan ürəyim,Ölərəm, dönmərəm bu əməlimdən.
Vətən torpağında qaynar bulağam,Arxam – uca dağlar, önü – göy meşə.Kim deyir dünyada mən bir qonağam,Gələcək nəğməli səsim həmişə.
Təzə dənə dolmuş sarı sünbüləm,Əyərəm başımı ana torpağa.Sevilən könüləm, sevən könüləm,Sevgimdən ürəyim dönübdür dağa.
Şirin bir laylayam, doğma bir səsəm,İsti beşiklərdən ucalacağam.Mən nəğmə deməsəm, ötə bilməsəm,O zaman, o zaman qocalacağam.
Bir evin gəlini, anasıyam mən,Bir evin ocağı, oduyam demək.Həmişə-həmişə yanasıyam mən,Həmişə çırağım şölələnəcək...
İnanma susdura zaman qəlbimi,İnanma desələr, öləcəyəm mən.Bu elə, bu yurda körpə quş kimi,Həmişə baharla gələcəyəm mən...
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-sirin-bir-laylayam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Məxməri ormanlarda çiçək dərdiyin yerdə,Baxarsan çiçəklər var açar kölgəliklərdə.
Uşaqları məktəbə şövqləndirməkUşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
YarpaqlarSeyr edib sən bu payız çağlarını,Demə məhv oldu yaşıl yarpaqlar;
Bir axşamDənizin firuzə gözlərindəkölgələr titrəyir, sıxlaşır.