Hər gün məni oyadarlarQızıl rəngli səhərlərim.Ləhzə-ləhzə boy atarlarQızıl rəngli səhərlərim.

Alışarlar dörd yanımda,Nəğməli asimanımda.Coşub daşarlar qanımda,Qızıl rəngli səhərlərim.

Sinəm üstə cəm olarlar,Bir nurlu aləm olarlar.Könlümə məlhəm olarlar,Qızıl rəngli səhərlərim.

Yaşayırlar sözlərimdə,İşıqlanar izlərim də.Gülümsərlər gözlərimdəQızıl rəngli səhərlərim.

Günəşdən qüvvət alarlar,Odlu məhəbbət alarlar.Ürəyimdə yurd salarlar,Qızıl rəngli səhərlərim.

Yollarımı naxışlar,Arzumu hey alqışlarlar.Mənə ümid bağışlarlar,Qızıl rəngli səhərlərim.

Dan yerində doğularlar,Saçaq-saçaq dağılarlar.Ömrümə yelkən olarlar,Qızıl rəngli səhərlərim,Qızıl rəngli səhərlərim...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri