Təbrizdə badam ağacları çox

Borana düşdü yenə,Ağ badam çiçəkləri.Səpildi yer üzünə,Ağ badam çiçəkləri.

Dağım-dağım oldular,Açılmadan soldular.Yellərə sovruldularAğ badam çiçəkləri.

Necə dözsün bu torpaq,Yandı bağça, yandı bağ.Bir də nə vaxt açacaqAğ badam çiçəkləri.

Təzəcə gülürdülər,Riqqətə gəlirdilər.Sanki dil bilirdilərAğ badam çiçəkləri.

Birdən dara düşdülər,Tufanlara düşdülər.Hardan-hara düşdülərAğ badam çiçəkləri.

Keçdim alovdan, közdən,Yol saldım, dağdan, düzdən.Yenə ayrıldım sizdənAğ badam çiçəkləri.

Şahid edək ərzi də,Görsün ərzin özü də.Zülm etdilər sizə də,Ağ badam çiçəkləri.

Nə idi günahınızGünahsızsız axı siz.Yerdə qalmaz ahınızAğ badam çiçəkləri.

Arzular gülər bir də,Durular göy də, yer də.Yaz gələr, gələr bir dəAğ badam çiçəkləri.Ağ badam çiçəkləri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar