Bircə içimlik su, bir ovuc torpaq,Bir çinar kölgəsi bəs edər mənə.Bir lətif bənövşə, bir yaşıl yarpaq,Həzin bir ney səsi bəs edər mənə.

Bir sünbül dənəsi, bir aydın səma,Bitməz bir xatirat bəs edər mənə.Bir həsrətsiz ömür, bir sonsuz vəfa,Bir ömürlük həyat bəs edər mənə.

Bir körpə gülüşü, bir toy sədası,Bir dost sədaqəti bəs edər mənə.Bir qaranquş səsi, bir yaz havası,Bir də el şəfqəti bəs edər mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar