Yer üzündə bir evim varPəncərəsi günəşə.Nəğmə deyib, quşlar qonarPəncərəmə həmişə.Yer üzündə bir evim var,Min zəhmətlə qurmuşam.Ordan iki körpə qartalBöyüdüb uçurmuşam.Yer üzündə bir evim var,Ocağı daim yanır.Onun sönməz şöləsindənÜrəyim işıqlanır.Yer üzündə bir evim var,Xatirələr məskənim.İlqarında düz olanaAçıqdır qapım mənim.Yer üzündə bir evim var,Orda neçə illərdir,Taleyi bir, arzusu birİki şair ömr edir.Yer üzündə bir evim var,Orda qəmim, sevincim.Ordan gedər əlçatmayanİllərə ömür köçüm.Yer üzündə bir evim var,Sanki xəyala dalmış.O, mənimçün ən müqəddəs,İsti aşiyan olmuş.Yer üzündə bir evim var,Batmaz tufanlar ona.Bünövrədən bağlıdır o,Bu vətən torpağına,Bu vətən torpağına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən