Təbrizi görməyincə
Könlümdə tufan olar,Könlüm boşalar, dolar,Gözüm yollarda qalarTəbrizi görməyincə.
Sazdan, neydən betərəm,Nə susar, nə yataram.Dərdli-dərdli ötərəmTəbrizi görməyincə.
Bilin, ey əzizlərim,Yuxu görməz gözlərim.Alov saçar sözlərimTəbrizi görməyincə.
Sınasınlar kaş məni,Bu torpaq doğmuş məni.Yormaz yol, yoxuş məniTəbrizi görməyincə.
El dərdinə qalanam,Hər gün oda qalannam.Vüsal deyib dolannamTəbrizi görməyincə.
Sözlə doludur sinəm,Şam deyiləm mən sönəm.Bir dərdli quşa dönəmTəbrizi görməyincə.
Qırılmazdır qanadım,Məni yaşadar andım.Belə keçər həyatımTəbrizi görməyincə.
Hələlik gəlmirəm mən,Kamımca gülmürəm mən.Ölmərəm, ölmərəm mənTəbrizi görməyincə.
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-tebrizi-gormeyince
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Sənətkar müjdələr gətirsin gərək,Səsini ellərə yetirsin gərək.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
MənimdirÖldü varlı ata,qaldı varisi.