Saralmış yarpaqlar
Əsdi payız küləyi,Nə dincəldi, nə yatdı.Saralmış yarpaqlarıSağa-sola dağıtdı.Xəzəlləri quş kimiBəzən alıb apardı.Bağlara, bağçalaraHaray salıb apardı.Boz gövdələr buz kimi,Budaqlar yarpaqsızdı.Ağaclar qulağımaPıçıldadı: payızdı.Saraldı torpaq üstəXalı salmış göy otlar.Haldan-hala düşdülərGöydə yorğun buludlar.Küləyin bu halınaYaman qəzəbləndilər.Ah çəkib, gilə-giləTorpaq üstə endilər.Bu munis qəribliyiBağlar yenə saxladı.Hər ağac, körpəsindənAyrılan analartəkDizini qucaqladı...Kim ayrılır söyləyinÖz ömrünün barından?Ayrılmaq istəmirdiAğac yarpaqlarından.Bəlkə elə bununçünKüləyin qabağındaƏyilib titrəyirdi.Saralmış yarpağı daSaxlamaq istəyirdi.Bu an çılpaq ağacdaBir yarpaq qalmışdı tək.Küləyin təmasındanTitrəyib, əyilərək,Budaqları tərk edibAyrılmaq istəyirdi.Başqa yarpaqlar kimiQırılmaq istəyirdi.İstəyirdi qoşulsunXəzəllər yığınına.Tənhalıq hər bir dərddənAğır gəlirdi ona.Dili olsaydı əgərÇığırardı: əs, külək,Amandır tələs, külək!Çatdır həmyaşlarıma,Sıxdı bu bağlar məni.Neçə ağır ayaqlarÇıxıb ağacın üstə,Sanki ayaqlar məni.Tənha yüksəkdə durmaqNə şöhrət, nə həyatdır.
Əs, ey külək, dayanma,Məni dostlara çatdır.O quru xəzəllərləQarışım torpağa mən.Torpağın qüdrətilə,İnsanın şəfqətiləYaşıllanım təzədən,Yaşıllanım təzədən...
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-saralmis-yarpaqlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Fürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Nəyimə gərəkdirDindirmirsən, könül bağı xəzandır,Bülbül küsən bağ nəyimə gərəkdir?