Mən kiməm, arzusu şirin bir ana,Yanar çıraq-çıraq yolumda arzum.Mən nəyəm, bənzərəm dan ulduzuna,Sübhü gözlərimlə açaram özüm.

Mən kiməm, qaranquş timsallı insan,Müjdəylə uçvaram eldən-elə mən.Mən nəyəm, sinəsi geniş asiman,Nur allam günəşin şəfəqlərindən.

Mən kiməm, anamın ilki, əzizi,Xalqımın bir şair fədaisiyəm.Mən nəyəm, nəğmələr, sözlər dənizi,Coşub, dalğalanıb, hey ötəsiyəm...

Mən kiməm, bir şair ömrünə həmdəm,Yolumuz da birdir, bəxtimiz də bir.Mən nəyəm, bir dünya sevincəm, qəməm,Məni qəm dondurur, sevinc isidir.

Mən kiməm, dünənki bir cavan gəlin,Bu günü oğullu, gəlinli ana.Mən nəyəm, özüyəm bir xoş əməlin,Alqış bu əməlin sonsuzluğuna.

Mən kiməm, dostuma dostam, köməyəm,Xoşdur dost yolunda dara da düşmək.Mən nəyəm, məhəbbət dolu ürəyəm,Çağla məhəbbətlə, çağla, ey ürək.

Mən kiməm, bu doğma yurdun övladı,Gücü bu torpaqdan alıram hər dəm.Mən nəyəm, bir quşun qoşa qanadı,Mən bu qanadlarla yüksələcəyəm,Yüksələcəyəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri