Süddən yanıq uşaq idi, –Hər nə gördü tamah saldı –Baba aldı... nənə aldı...Yenə gözü əldə qaldıKökə üçün, konfet üçün.

Ev-eşikdən qaçaq idi...Ürcah oldu “cayıllara”,İlişdi əyri yollara,Uydu içkiyə, qumaraNəşə üçün, ləzzət üçün.

Böyümüşdü, qoçaq idi...Əli çatdı ətəklərə,Taleyini qoydu zərə,Düşdü, çıxdı neçə kərəAldığı hər rüşvət üçün.

Gün keçmişdi, saç ağ idi...Yaşamışdı ömrü asan,Qaz ovladı, doldu qazan,Yoxdu belə bir yol azanDaş-qaş üçün, sərvət üçün.

Qalxdı, yeri “uca” idi...Ordan söydü, hədələdi,Küy qoparıb toz elədiAd-san üçün, şöhrət üçün.

Tarix də sərraf qocadır...Tərəzisi-mizanı var,Hər əməli yazanı var,Cəhd etsə də yüz xatakarPozulmaz o, verən qərarNəsillərə ibrət üçün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri