Əhdin mübarək
“Əhd eləmişəm, vətənə qayıdanda torpağı öpəcəyəm”(Fəxrəddinin qürbətdən yazdığı məktubundan)
Qayğısız gənc idin, düşdün qürbətə,Ömrünün bir ili zillətdə keçdi.Dözümsüz iradən dözdü möhnətə,Bəd yolu, düz yolu aradı, seçdi.
Gəzdin, yad zirvəyə quşun qonmadı.Süfrəndə bal varkən acı qum yedin,Bəsləyib qəlbində bir şirin andı –“Vətən torpağını öpəcəm...” dedin.
Atayam, ucaltdı bu əhdin məni,Beləcə görməkdi diləyim səni...Vaxt çatıb... həsrəti budayaq deyəYenə bildirkitək baxıram göyə.
Buludda bir nöqtə quşa çevrilir,Doğma yuvasına qonmağa gəlir.O sənsən, əzizim, tez ol, en görək,Qədəmin mübarək, əhdin mübarək!
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-ehdin-mubarek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üzü təbəssümlü, fikri xatalıDəlisov odunçu əli baltalı
AzərbaycanBabalardan qalma sözdür –əziz, mehriban
Hara getsək bizi çağırır ŞuşaHara getsək bizi çağırır Şuşa,Bilirsizmi nədir bundakı hikmət:
Sehrli torpaqBu torpağa zinət vermiş, sığal çəkmiş təbiət,Onu mənə ana edən deyil təkcə bu hikmət...
Başqa şairlərin şeirləri · Hicran
Əlinlə təng qıldın başına bu enli dünyanı,Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.
Mənəm, mənTərk edən vətəni, əl üzən eldən,Qürbət eldə bir avara mənəm, mən.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
GedirəmDurum dolanım başına,Ala gözlü yar, gedirəm.