Azərbaycan
Babalardan qalma sözdür –əziz, mehribanAna deyə çağırırıqAzərbaycanı.Vətən quru dağ-daş deyil...Onu hər zamanseyr etdikcə biz görürükcanlı insanı:
Şirvan yolu – alnındakıqırışlarıdır,Mingəçevir – sevinc iləyanan gözləri.Şah dağının silsiləsi –sıx qaşlarıdır,Zümzüməli Kürün suyu –şirin sözləri.
Abşeronum – onun odlu, isti ürəyi,Bu torpaqdır – güvəndiyivar-dövlətinə.Nifrətidir, qəzəbidirBakı küləyiGec baxana öz xalqına,öz millətinə.
Onun sözü-söhbətidir,dilinin duzu –Sazlı-tarlı, xoş avazlıQazax, Qarabağ.Şəfa verən loğmanıdır –Sirab, İstisu,Nəvazişli qucağıdır –Kəpəz, Xaçbulaq.
Səxavətli bir insandırqollu-qanadlı,Bol nemətli süfrəsidir –Ağdam, Lənkəran.Düşməninə yumruğudur –Laçın, Qubadlı,Sol döşündə orden kimiyanır Naxçıvan!
Göy göl onun çay içdiyimavi nəlbəki,Təzə arxlar, kanallarsaalın təridir.Ağ köynəyi – Mil düzüdür;ipəkli Şəki –Paltarının zər baftalıətəkləridir.
İgidlərin şəkli düşənşəfəqli Xəzər –Medalyondur, ana onuqoynunda saxlar.Körpəsinə süd verdiyidöşünə bənzərQar sinəsi qoşa-qoşabulaqlı dağlar.
Əsrimizin möcüzəsio Neft Daşları –Su üstünə möhür salan
əlidir onun.Nizamidən soraq verənGəncə çinarıTufanlarda əyilməyənbelidir onun.
Babalardan qalma sözdür –əziz, mehribanana deyə çağırırıqAzərbaycanı.Vətən quru dağ-daş deyil...Onu hər zamanSeyr etdikcə biz görürükcanlı insanı.
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-azerbaycan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ləpədöyən yerdə yatıb qara qaya,Sinəsini zərif-zərif çiçək bəzər.
Xuruşlu adamƏlində portfeli düşdü vaqondan,Qara eynək taxıb süzdü şəhəri.
Ağacın dili olsaydı...Üzü təbəssümlü, fikri xatalıDəlisov odunçu əli baltalı
Hara getsək bizi çağırır ŞuşaHara getsək bizi çağırır Şuşa,Bilirsizmi nədir bundakı hikmət:
Başqa şairlərin şeirləri · Vətən
Düşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.
Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlibMaşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.
MüstəqillikSən toxuna bilərdinLeninin heykəlinə?