Durum dolanım başına,Ala gözlü yar, gedirəm.Ölsəm, boynuna sadağa,Qalsam, intizar gedirəm.

Mərd ilə eylə ülfəti,Çəkmə namərddən minnəti.Bülbül qızılgül həsrəti,Qışı, yazı var, gedirəm.

Abbas deyər, gül bəhsidir,Bundan artıq dərd hansıdı?Ayrılığın vədəsidir,Gəl könlümü al, gedirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran