Başına döndüyüm ay Əsmər xanım,Təşrif qılıb sən bu bağa xoş gəldin.Süsəndən, sünbüldən dərib dəstinə,Mərhəmət eylədin, saya xoş gəldin.

Hicran keçdi, könlüm natavan oldu,Qara bağrım laxta-laxta qan oldu,Dağıldı gözəllər, pərişan oldu,Əlif qəddim döndü yaya, xoş gəldin.

Gözəllər içində bəsli, bəllisən,Şirin ixtilatlı, ləbi ballısan,Zənəxdanı bir cüt qoşa xallısan,Qatardan ayrılmış maya, xoş gəldin.

Abbas deyər: halay-halay, a dağlar,Təbib görsə, yaralarım qan ağlar,Əsmər burdan getsə, boş qalar bağlar,Sən vermə ömrünü zaya, xoş gəldin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri