Özündən kiçiyi işə buyurma,Sözün yerə duşər, heç miqdar olmaz.Hər nə ki, kar görsən öz əlinlə gör,İnsan öz işində cəfakar olmaz.

Özündən böyüyün saxla yolunu,Düşən yerdə soruş ərzi-halını,Amanat, amanat qonşu malını,Qonşu yox istəyən, özü var olmaz.

Soruşun, Qul Abbas, halın necədir?Gündüzlərim ay qaranlıq gecədir.Sərv ağacı hər ağacdan ucadır,Əsli qıtdır, budağında bar olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri