Oynar
Başına döndüyüm alagöz Pəri,Öz-özünə qeyri halman oynar.Cəvahir mətahı, dür xiridarı,Tutubdu dəstində, ləlinən oynar.
Sənsiz görüm xarab qalsın bu bağı,Şeyda bülbül nə zövq eylər, nə zağı,Zülfü dal gərdəndə açıb məzağı,Ağ üzü münəvvər, xalınan oynar.
Ay Abbas, Pərinin bəzi işləri,Yorğun maral kimi xoş baxışları,İncidən, sədəfdən, dürdən dişləri,Ağzı süd, dodağı balınan oynar.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-oynar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Belə gedərəm
Ağa Becan, sultan Becan, xan Becan,Ayrılmam Pərimdən, belə gedərəm.
BəyənməzAy həzərat, bir zamana gəlibdir,Ala qarğa şux tərlanı bəyənməz.
Bəd övladı əzəl başdan tanıramBəd övladı əzəl başdan tanıram,Çör-çöp yığar, yad ocağın yandırar.
BilmədimYeridim, yeridim, yetə bilmədim,Dərdü-qəm əlindən yata bilmədim.