Belə gedərəm
Ağa Becan, sultan Becan, xan Becan,Ayrılmam Pərimdən, belə gedərəm.Alış Becan, tutmuş Becan, yan Becan,Ayrılmam Pərimdən, belə gedərəm.
Gözümlə görmüşəm öz məkanımı,Yara qurban dedim şirin canımı,Öldürsən də halal etdim qanımı,Ayrılmam Pərimdən, belə gedərəm.
Nə müddətdi dərin dəryaya daldım,O dəryadan dürr götürdüm, dürr aldım,Şikəstə Abbasam, binəva qaldım,Ayrılmam Pərimdən, belə gedərəm.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-bele-gederem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Başına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
DüşdümNeyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,