Gedər ikən bu ümmana tuş oldum,Bəhrlər çalxanır, göl bu yandadı.Boy gedər bir yana, buxaq min yana,Cığa pərvaz eylər, tel bu yandadı.

Gülgəz dəli olub yoxsa divana?Üz çevirib gedir çöl-biyabana,Burdan bir yol gedir ol Tufarqana,Tamam qohum-qardaş, el bu yandadı.

Hökmün Malik Əjdər, ismindi Ədhəm,Didələrim qan-yaş tökər dəmadəm,Lütf eylə Abbasa, qibleyi-aləm,Qadasın aldığım, yol bu yandadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri