Qurban olum səni çəkən nəqqaşa,Yetirdin dəstimi damana, Gülgəz!Qüdrət qələm çalmış o qələm qaşa,Bənzər əbruların4 kamana, Gülgəz!

Gəl verək əl-ələ, çıxaq bu bağa!Gül gülə sarmaşır, budaq budağa,Üz-üzə dayanaq, dodaq-dodağa,Ağ sinən sinəmə dayana, Gülgəz!

Üzəngini basım, Gülgəzim, atdan!Sən məni qurtardın alovdan, oddan,Abbasın sevdiyi, xabi-qəflətdən,Silkinib çıxasan bu yana, Gülgəz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri