İnciməsin
Qədəm qoyub yar bağına gələndəElə gəl, elə get, yol inciməsin.Şəkər ləblərindən mənə busə ver,Dodaq tərpənməsin, dil inciməsin.
Bülbül fəğan eylər gül həvəsinnən,Qoşa nar asılıb yar sinəsindən.Elə gəl, elə get, bağ bərəsindən,Bülbüllər hürküşüb, gül inciməsin.
Göylərdə oynayar şəms ilə qəmər,Sevgi sevgisinin ləbindən əmər.Belinə qurşanıb minadan kəmər,Elə qurşagıynan bel inciməsin.
Abbas deyir, ağlıyanlar güləndə,Nazlı dilbər sorub halım biləndə,Mərhəmət eyləyib bizə gələndə,Elə gəl, elə get, yol inciməsin.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-incimesin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mən onu bir könüldən, min könülə sevmişəm.Bu saf məhəbbətimdən görən xəbəri varmı?
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Ey qəmərSən hər gecə, o qəmli meşələrin ardından,Həkimanə baxışla, dünyalara baxırsan...
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin