Biləydi
Mən onu bir könüldən, min könülə sevmişəm.Bu saf məhəbbətimdən görən xəbəri varmı?Onun xəyallarıyla keçir gecəm, gündüzüm,Onun da sevda dolu keçən günləri varmı?Gecələr ulduz kimi yananda ağ işıqlar,Ağac kölgəliyində cəm olanda aşıqlar,Xəzərin sahilində ləpələr öpüşəndə,Qarşımdan mahnılarla cavanlar ötüşəndə,Mən eşqimin gözüylə uzaqlara baxmışam,Su üzündə sayrışan çıraqlara baxmışam.Onun eşqi, həsrəti xəyalımda gəzəndə,Bu vurulmuş könlümü intizarı üzəndə,O qız, dəzgah önündə bəlkə açmış səhəriHəsrətlə seyr eləmiş o da əziz şəhəri...Nə olaydı çataydı ona bu xoş niyyətim,Ürəkdə qalmayaydı bu eşqim, məhəbbətim.Axşam üstü Bakıya xoş qaranlıq enəndəBiləydi duran mənəm bu şən ləpədöyəndə.
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-bileydi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
GörəsənSallanıb çıxanda gül xiyabandan,Od tutub alışan narı görəsən.
Şəmi-hüsnin çövrəsində canü dil pərvanədirŞəmi-hüsnin çövrəsində canü dil pərvanədir,Yanmayan ol şəmə qarşı bixəbər pərva nədir?
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.