Canan üz döndərdi əğyarla getdi.Qaldım ortalıqda mən yana-yana.Cavanlıq quş kimi uçdu əlimdən,Düşdü saçlarıma dən yana-yana.

Dağların başını dedim aldı qar,Necə zalım imiş gördüm ruzigar,Əldən yavaş-yavaş çıxır olanlar,Ömür keçir, olur, tən yana-yana.

Yaxında nə vardı çəkilir geriGözlərim görməyir on addım yeri,Zeynal, dərd eləmə ötən günləri,Cücərməz bir daha, dən, yana-yana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri