I

Bəzən dalıb xəyalata, düşündükcə səni mənXatirələr gəlib keçir səhnə-səhnə gözümdən.Qarlı çöllər, düzənlər də gəlib düşür yadımaQan gölündə üzənlər də gəlib düşür yadıma...Yadımdadır: Bir gün axşam, göyün üzü dumandı:Təbiətin hər tərəfi, çölü, düzü dumandı,Haman gecə yadımdadır, bir ad çıxdı dilindən,Gərək ki, sən o gün məktub almışdın sevgilindən.Sən məktubu dönə-dönə, min həsrətlə oxudun,Ürəyində aşıb-daşan məhəbbətlə oxudun.Çox düşündün dərdli-dərdli, sonra dedin: –Komandir!Xahişim var, mənə bir az kömək edin, komandir!Deyirlər ki, şairsiniz, üç-dörd kəlmə söz yazın.Mən köçürüm bu dəqiqə məktubuna Ayazın.– Ayaz kimdir? Anandırmı?

– Bağışlayın. Sevgilim...Ayrıldığım gündən bəri tamam olur bir ilim.Necə olsa, şair sözü incə olar, bilirəm,Hər kəlməsi ürək açan qönçə olar, bilirəm.Yazarsanmı, ay komandir, bax kağız da tapmışam.Şeri buna köçürməkçün ağ kağız da tapmışam.– Sabah səhər, yaxşımı? Gəl postlara bir baş çəkək,Buralarda gecə gəzmək qorxuludur indi tək...– Nəsib, dünən məktubunu yolladınmı Ayaza?– Məktub nədir, ay komandir, baxırsanmı ayaza?Qoy bu gün bu kəndə girək tonqal qurub qızarıq,Ayazın da məktubunu qayda ilə yazarıq.Heç olmasa mən də yazım məktubumda özümdən,Ki, bir nəfər alman belə yayınmamış gözümdən,Yoxsa deyər, qorxur Nəsib vuruşmadan, döyüşdən...Bu mənimçün daha pisdir, ay komandir, söyüşdən,Qoy bu gün bu kəndi alaq, tonqal qurub qızarıq,Ayazın da məktubunu qayda ilə yazarıq.

II

Ara qızdı, ac güllələr şığıdılar başlara,Od mərmilər işlədikcə torpaqlara, daşlara.Qoç oğlanlar süründülər bir-birinin yerinə,Bu döyüşdə dayanmağın mənası nə, yeri nə?!Hamı coşdu – Vətən! – deyə irəliyə atıldı.Nəsib dedi:Mən gedirəm!Onun qaşı çatıldı...– Hara belə?– İcazə ver, komandir,Bircə bax gör, komandir!Sağ cinahda altı tank var, arxamıza keçərlərAmandır ki, yoldaşları oda tutub biçərlər.İcazə ver, məhrum etmə bu döyüşdən məni sən,Əmin ol ki, Nəsibdən şad xəbər eşidəcəksən...

Qucaqladı, o, boynumu, öpdü mənim üzümdən,Getdi qoçaq, vəfalı dost uzaqlaşdı gözümdən,Dəqiqələr bir-birini tələsdirdi başımda,Nigarandım, xəyal mənim yel əsdirdi başımda.Alov qopdu sol yanımdan, dedim ki, bu Nəsibdir,Qoçaq oğlan iki tankın qabağını kəsibdir!İki tankın bir gövdəsi küləş kimi yanırdı,Dördü isə çəkilərək kəndə, daldalanırdı...

III

Kənd alınmış, düşmənlərdən iz qalmamış burada,Qoç oğlanlar pələng olur hər döyüşdə, davada,Nəsibdənsə xəbər yoxdur, nə gecikdi? hardadır?Bəlkə indi yad əllərdə, bəlkə ömrü dardadır?Döyüş susdu, qəhrəmanlar çəkildilər damlara,Eh nifrət bu rahatlığa, Nəsibsiz axşamlara!..Axtarıram meyidləri, Nəsib!.. – deyə səbirsiz.Dostumdansa nə bir nişan, nə bir soraq, nə bir iz...– Can leytenant, bir az su ver!– Kimsən?– Nəsibəm, Nəsib...Vəfalı dost, sən qoçaqdın, sənə nə oldu, Nəsib?!Əyilərək mərd başını aldım onun dizimə,Hey baxdıqca mən dostuma, yaş dolurdu gözümə.– Nəsib söylə, Nəsib, danış, harandadır yaralar?– Can komandir, uzun ömrü daraldandır yaralar...Bu sözlərim sonuncudur, dinlə məni, amandır!Bir az sonra gec olacaq, dinlə məni, amandır!Serjant Nəsib altı tankın ikisini yandırdı...Mən hamıdan qabaq idim... Uf, belimi sındırdı...Məlun yara!.. Ay komandir, məktub yazın Ayaza,Ölməmişəm deyin hələ, gələcəyəm bu yaza...Ayaz məni... – O dinmədi, ağırlaşdı bədəni,Öldü Nəsib, qan içində, hələ yaşdı bədəni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri