Mən cavandım, sən də uşaqSevincimiz qucaq-qucaq,Sığmayırdı yerə, göyə.Bu dünyada heç bir şeyə,Olmamışıq tamarzı da,Hər ikimiz bir arzuda.Toz boy ataq,Vəslə çataq...Eşqimizə baxsın hamı,Bilsin hamı,Kimdən aldım mən ilhamı,Yadındamı?Mən cavandım sən bir mələk,Görüşünə tələsərək,Səhərçağı, gecəyarı,Dolaşardım dalanları.

Dəli kimi.Zəli kimi,Əl çəkməzdim küçənizdən,Qapınızdan.(Kim keçərdi sənin kimiGözəl qızdan?).Yay səhəri, qış axşamıYadındamı?Mən cavandım, sən hörüyüTopuğunda gözəl pəri.Vurulardı, kim görsəydi.Qoşa-qoşa hörükləri.İndi, bəli,SöyləməliNə qaldı ki, salım yada?Bu dünyadaÇox şey, çox şey!..Etmə giley ömrümüzdən.Həyat-külək!Şütüyərək,Harın-harın nə vermişsə,Alır bizdən!Bu qanundur nə gələr ki, əlimizdən?Etmə giley, qocalırıq,Sən də, mən də yavaş-yavaş.Etmə giley, söyləmə ki,Günlər belə ötməyə kaş!Etmə giley ömrümüzdən,Bu qanundur,Həyat özü nə vermişsəYavaş-yavaş alır bizdən.Qələm qaşı, şəvə saçıXoş gülüşü, inci dişi,Ötüb-keçən görüşləri,Çox axşamı, çox səhəri,Çalış, unut,Salma yada.Qocalsan daAzad yaşa,Xoşbəxt yaşaBu dünyadaArzumuza yetdik, axı...Dərd eləmə qocalığı.Oğluna bax, qızına bax,Çiçək açan arzuna baxAnla, gülüm, budur həyat,Qocalmaqdan gileyi at!Çox verdikcə ağac barı,Ömrü olur, inan yarı.Sənin barın,Övladların!Ötən günlər hədər deyil,Dərya kimi daşa-daşaBar verməklə dolmaq yaşa,Əzab deyil, kədər deyil!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri