Gözəllər
Gözəllər dəstə-dəstə,Gözəllər qatar-qatar...Gözəllər o qədər ki,Onları nə yer tutar,Onları nə göy tutar!
Bakımın sinəsindəAçan yaşıl, qırmızıÇiçəyə bax, gülə bax!Nə yamandır a dostlarİlin bu vədəsində,Gülün bu vədəsindəYaşa dolub, qocalmaq!
Səslər axır könlüməSəp-sərin sular kimi,Səslər uçurdur məniŞirin arzular kimi,Səslər tutur qolumdanSanki mənə “qalx!” deyir,Gözəllər dəstə-dəstə,Gözəllər qatar-qatar– “Olmaz qocalmaq! “ – deyir.Olmaz! deyir, olmasın!Qoşulum bu gəncliyə,Mən də cavanam deyə:Qaçsalar, qaçım gərək,Uçsalar, uçum gərək,Göydə ayı, ulduzu,Qucsalar, qucum gərək!Bu işin, bu sürətin,Bilirəm ki, çox çətinDərəsi var, dağı var,Yolda yorulmağı var,Dözərəm!Dəryalara cumsalar,Üzərəm!Bacarmasam, nə dərdim?Yurdumun gözəlləri,Yurdumun cavanlarıYenə də dəstə-dəstə,Yenə də qatar-qatarGəlib qolumdan tutar,Məni qaldırar göyə“Sən də cavansan” – deyə!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-gozeller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məni-bimarə müddətdir olub yaği qara gözlər,Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
VəsiyyətQara cilddə çap eləyin kitabımıMəndən sonra.
Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdirÖlmək! O geniş körpüdən hər kəs keçəcəkdir,Bir badə ki, ondan bütün aləm içəcəkdir!