Qınayırsan ey gözəl,Deyirsən unut məni.Deyirəm rəhmin olsun,Sevirəm, ovut məni.Ürəyimi yarımmı,Gözümü çıxarımmı,Görüb, bəyənib səni?

Deyirsən məktublarımZəhləmi tökdü, bəsdir!Deyirəm sənsiz həyat,İnan, quru qəfəsdir.Ürəyimi yarımmı,Gözümü çıxarımmı,Görüb, bəyənib səni?

Deyirsən unut mənimÜnvanımı, özümü.Zeynalın yoxdur inan,Ayrılığa dözümü,Ürəyimi yarımmı,Gözümü çıxarımmı,Görüb, bəyənib səni?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri