Səni gördüm, bir də görə biləydim,Bircə anı bir il sürə biləydim,Əmr edəydin, könül verə biləydimAman sənin, aman sənin əlindən!

Nə yamanmış qırx yaşında vurulmaq,Bir ümmanam, bilməyirəm durulmaqAşiq üçün səadətdir yorulmaq,Aman sənin, aman sənin əlindən!

Bilmirəm ki, nə sevdadır düşmüşəm,Elə bil ki, bu dünyadan küsmüşəm,Bircə sənin xəyalındır hər peşəm,Aman sənin, aman sənin əlindən!

Yoxdur daha sevilməyə gümanım,Qalxar göyə sənsiz ahım, amanım,Sən ey gözü qaram, qaşı kamanımZeynal deyər aman sənin əlindən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri