İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,Bir yan dur görək,Qaş-göz ilə bizi təşrif eyləyən yar,İstədim oturub bir deyək, gülək,Qoymadı fələk

Fələk qoymaz dərd canda qaladır,Bağrım yaradır,Hər dəm gəlib xəyalıma doladır,Rəngim soladır,Nazənin-lə danışmaq bir bəladır,Bəlayi-səmadır,Dindirmə bədqılığı salarsan kələk,Bir halın bilək

Bir halın bilməzə sirr vermə yada,Yanarsan oda,Yardan gətirsələr mənə bir səda,Can qılam fəda,Qəvvas idim, ov tutardım dəryada,Haqq yetiş dada

Gəmim qərqə yetdi, olmuşam hələk,Tərs əsdi külək

Külək tərs əsibən duman olmasın,Yolum almasın,Heç ikinin gözü yolda qalmasın,Yüz saralmasın,İt rəqibin görüm yüzü gülməsin,Yatsın, durmasın,Ol şahi-mərdan Əlidən ayarım dilək,Necə olur görək

Necə olur görək fələk əlindən,Sidq könüldən,Zülfünə bax, asılıbdır boynundan,Nari qoynundan,Muskurlu Mustafa, tut sənin əlindən,Yarın dilindən,Necə ki kəkliyə sarmaşır tülək,Dağıdır yələk

Təsadüfi şeir

Başqa şairlərin şeirləri