Görəsən
Sallanıb çıxanda gül xiyabandan,Od tutub alışan narı görəsən.Baxasan qamətə, hüsnü-camala,Məni dərdə salan yarı görəsən.
Xudadan pər alıb oldum pərvanə,Yanıb qəm oduna oldum divana,Bir haqq aşiqi ki, dərdi pünhana,Kim göstərər mənə barı görəsən.
Girəydim bağına, görəydim barın,Uzadıb əlimi dərəydim narın,Bu xəstə Valehin nazənin yarın,Nə yaxşı yaradıb tarı görəsən.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-valeh-goresen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bəzən saatlarla mən düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydıNə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,