Şəmi-hüsnin çövrəsində canü dil pərvanədir,Yanmayan ol şəmə qarşı bixəbər pərva nədir?

Qaşların mehrabü yüzün məscidi-beytülhəram,Gözlərin meyxanəvü ləli-ləbin peymanədir.

Ey müsəlmanan, məni eyb etməyiz aşiq deyib,Kim məni valeh qılan ol nərkisi-məstanədir.

Dilbərin vəslindən ayrı bu dili-məhcurimin,Fikri ənduhü fəraqü dərdilə həm xanədir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, əhli-tohidin qatında bilmiş ol,Vaizin bihudə göftari qamu əfsanədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq