Övliyadan hasil etdik eşq ilə sevdayi biz;Zahidə verdik onunçün zöhdilə təqvayi biz.

Dedilər ki, yeddi tamu zülmətin hicranidir,Olmadan ondan cahanda çəkdik ol ğovğayi biz.

Dedilər ki, səkkiz uçmaq, sirr olubdur zahidə,Pərdəsiz nur onda gördük cənnətül-məvayi biz.

Cənnət ilyindən içəri bir əcayib mülk var,Bihicab ol ildə gördük, pirim ol həmtayi biz.

Canü canan bilmişidik, küfrü dini biədəb,Qəreyi-ümmanə daldıq, keçdik ol dəryayi biz.

Neçələr talib olubdur bu hüma kölgəsinə,Çin elindən seyr edərkən bulduq ol hümayi biz,

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, dedi Tuba pirimin yek boyuna,Heydərin yüzündə gördük ol gülü rənayi biz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq