İşıq sürəti
Xəyalım yenə də öz səfərində,Onun söykək yeri dərdim, məlalım.Anın yüzdə biri, mində birindəƏrzin o başına uçur xəyalım.
Məsafə yox olur göz qırpımında,Uçan xəyalımın kəramətindən...Bir də baxıram ki, Onun yanındaDiz-dizə, üz-üzə oturmuşam mən.
Xəyal məsafəni yox edib keçir,Bəs Ona hardandır işıq sürəti?Bir anın içində əridib keçirO, həm məsafəni, həm də həsrəti...
İşıqla doludur sevən könüllər,Tutuşar, alışar o, axşam-səhər.Sevgiyə mərhaba, sevgiyə alqış!Çıraq da nurunu gur seldən alır.Xəyal bu sürəti sevib alışmışİşıqla süslənmiş könüldən alır.
İyul, 1997
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-isiq-sureti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Hər məhəbbət vaqeədir,Min üzünü gördüm azı.
Telefon məhəbbətiSevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.
Hüsn mülkündə saçın tapdı böyük bir şöhrətHüsn mülkündə saçın tapdı böyük bir şöhrət,Bu qəra üzlüyə bax gördü nə ali hörmət!
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm