Hikmət kitabıdır sənin surətin.Onu sona qədər oxumaq çətin!Sən uzun illərin dolaylarındaMənimçün heç zaman adiləşmədin.Sən "gəlmə" deyirsən, əgər "gəl" - desən,Yüz giley gizlənir bir gileyində.Həmişə, hər yerdə qeyri-adisənQəribə görünən adiliyində.

Baş vurdum könlünün dərinliyinə,Qalxdım zirvəsinə sənin arzunun.Əlimi, qolumu bağladın yenə.Nə orda son gördüm,Nə də burda son.

Ürəkdə nə qədər inci gizlənərOnlar bir-birindən baha, dəyərli.Sonuncu görüşdə tapdığım gövhərƏvvəlki gövhərdən daha dəyərli.Sənin ürəyində yatan incilər,Mənim ürəyimə ulduzlar çilər.

Qəlbini taybatay açmamısan sən,Qorxmusan, gözünə çox işıq düşə.Gözlərim qamaşa...Hər görüşündənBir sirr saxlamısan gələn görüşə.

Aya çatmamışdan o gözəlliyəYetişmək eşqilə yandıq, düşündük.Min il bu həsrətlə tor atdıq göyə,Çatdıq,ovcumuzda qum geri döndük.

Ayın əfsanəsi bitdi o gündən,Dönüb ovcumuzda toz-torpaq oldu.Sirrini insana bildirdiyindənAyın gözəlliyi itdi, yox oldu.

Sən mənim ovcuma qum tökməməkçünHəmişə gizlətdin nəyisə məndən.Ucaldın günbəgün,Qalxdın günbəgün.Daha gözəl oldun bu gün, dünəndən.

Hikmət kitabıdır sənin surətin.Onu sona qədər oxumaq çətin!Bu uzun illərin dolaylarındaMənimçün bir dəfə adiləşmədin.

Dərinsən,zirvəsən mənim gözümdə,Belə tanımışam səni mən, gülüm.Qeyri-adiliyin boy alır, həm dəMənim həsrətimdən, eşqimdən, gülüm.

Avqust, 1980

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri