Sən oluram mən
Yaxşı ki, ayrıyıq,Yaxşı ki, bizdənÇırpıntı, sarsıntı əl üzmür yenə.Həyatı öyrəndik həsrətimizdən,Odur ki, həmişə möhtacam sənə.
Rəngi bir,dadı birtoyun, büsatınHəsrət min rəng çəkir gözlərimizə.Yaxşı ki, ayrıyıq,bu dərd həyatınDərin qatlarını göstərir bizə.
Yanımda olanda uzaqdasan sənMən səni görmürəm olduğun kimi.Səndən ayrıldımmı,hər yerdə sənsənMən görə bilmirəm, vallah, heç kimi!
Yanında bir quru cisməm özüm də,Ayrıldım,ruh olub əriyirəm mən.Eşitmir qulağım,Görmür gözüm də.Arzudur eşidən, həsrətdir görən.Adi bir insanam,Sənin yanındaBaşqa qayğılarla yaşayıram mən.Elə ki, ayrıldım,qəm dumanındaFikrimin ilki də,Sonu da sənsən!Yanında rahatam, sakitəm tamam,Ayrıldım, od tutub alışır ürək.
Rahatlıq - ölümdür,Hələ mən sağam.Mənə tufan gərək,həyəcan gərək!
Vüsal dəmlərində sən nur, mən çıraq,Görürəm, mən mənəm, sən də sənmisən?Ayrılıq dəmləri sən, sənsən, ancaqBilmirəm, bəs niyə mən olmuram mən?
Səndən ayrılanda vahidəm, birəm,Həm də bir hədəfə vuruluram mən.Yanında, həmişə ikiləşirəm,Ayrıldım, çevrilib sən oluram mən.
Avqust, 1980
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-sen-oluram-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Sən yüzi gülsüz gülüstan səhni-zindandır bana,Bu cahan işrətsarayı beytül-əhzandır bana
Ey bəxt, nədir səndə bu əhval, bu halətEy bəxt, nədir səndə bu əhval, bu halət,Yoxdur sənə dünyada neçin azca fərağət?!
با زلف تو دم می زند از نافه گشاییبی شرمی مشک است ز مادر بخطایی!
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,