Körpü çaydan uzaq düşüb
Dostum H.Şirməmmədə
Hələ toxum cücərməmiş,Tarlamıza alaq düşüb.Başımız da daz olalı,Əlimizə daraq düşüb.
Xəyallarım - qanad-qanad,Ətəyimdən dartdı həyat.Dünənimə Dürat, Qırat,Bu günümə ulaq düşüb.
Əlim üzüldü diləkdən,Dilim yandı "gəl" deməkdən.Öz haqqını gözləməkdənHaqqın gözünə ağ düşüb.
Bu tayda sən, o tayda mən,Üzəmmədim bu çayda mən.Ömr əritdim harayda mən,Körpü çaydan uzaq düşüb.
Dekabr, 1992
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-korpu-caydan-uzaq-dusub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mənim kür taleyim, bu kəc iqbalım,Pozulan könlümün yasın əmi ağlar.
NeyləsinCanımı odlara yandırmadasan,Bir deməzsən yaxılar, candır bu!
Boy çəkdi o şol sərvi-dilaray mənimçünBoy çəkdi o şol sərvi-dilaray mənimçün,Açdı yüzünü ol güli-rənay mənimçün,
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,