Emin Sabitoğlu bəstələmişdir

Ürəyimdən keçəndənDüşmədinmi duyuq sən?Səndən cavab gözlədim,Nə "hə" dedin, nə "yox" sən.

Dedim: - Susma, danış, din,Nə danışdın, nə dindin.Məhəbbətin odunaMən yandım, sən isindin.

Dillənsənə, sevgilim,Mən nə daşam, nə dəmir.Min il də gözləyərdim,Axı, ömür gözləmir.

Sükutunla durmusanÜrəyimin qəsdinə.Söylə, susan sevgilim,Bu sükutun qəsdi nə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri