Emin Sabitoğlu bəstələmişdir

Əsir payız küləyi,Gecə uzun, gün gödək.Ağacdan yarpaq düşür,Bir ömrün gülləri tək.

Susur çaylar, çeşmələr,Susur çəmən, dağ, dərə.Köçür duma qatarıUzaq-uzaq ellərə.

Bizim çöllər ayrılırBu vəfasız gözəldən.Qışda üşüməməkçinYer don geyir xəzəldən.

Köçür durna qatarı,Ürəyimiz kövrəlir.Külək əsir, dağlardanPayızın ətri gəlir.Yarpaqlara, otlaraSarı-sarı zər düşür.Yaşımıza yaş gəlir,Ömürdən günlər düşür.Köçür durna qatan,O, baharda dönəcək.Ötən günlər dönəydiDurna qatarları tək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar