Məni görən kimi sən hönkürərəkAçdın qollarını...Qucaqlaşdıq biz.Bu gün qucaqlaşan qollarımız tək,Nə vaxt birləşəcək bəs Vətənimiz?

Görüşdük, qardaşım, ilk dəfə bizdəAğladıq həm aşkar, həm xısın-xısınSəni görməmişdənürəyimizdəSəhənd dağı kimi sən ucalırdım.O qədər uzağıq, bu qədər yaxın.Görüşdük...

Həsrətə sonmu qoyuldu?Ax!.. Yüz əlli illik uzun hicranınVüsal, a qardaş, gün yarım oldu.

Dinlədik səsini öz könlümüzün,Sükutda bu dərdi böldük, sevindik.Sevincin içində ağladıq o gün,Ağlaya-ağlaya güldük, sevindik.

Anabir, atabir qardaş!.. Dərdə bax,Öz halal evində bir günlük qonaq!..Biz elə baxırdıq sənə, elə bil,Baxırıq min illik həsrətimizə.Elə bil doğmaca elimdən deyil,Özgə planetdən gəlmisən bizə.

Elə baxıram ki, çöhrən büsbütünGüzgü tək əks edib könlümə düşsün!Üzünün xətləri - o qaş, göz, tamamÖzümə bənzəyir... lap doğmasan sən.Üzündə gəzdikcə gözüm,sanıramKeçirəm Təbrizin küçələrindən...Xuduyla əyləşib o gün dizbədiz,Vaxtı, saatları dəyişdirdiniz.Sən ona qayıtdın, o sənə, qardaş,Göz yaşı səpildi masanın üstə.Deyirəm, bu dəmdə nə olaydı kaş,Zaman da donaydı bu anın üstə.Sən az danışdın,Dinib alışdın.Dedin: - Neyləyim?BütövlüyüməQıyırlar mənim.Özümü parça,Dilimi ləhcəSayırlar mənim...Ağlayar bu dərdə dağ da, örüş dəTapılar yenə də qınayan bizi.Daha aydın gördük biz bu görüşdəAmansız, gümansız həsrətimizi.

Xəncərim bir yana, pas atıb qınıHaray bu halıma, haray, hay-haray!Vallah, görüşündə ayrılığmıGörən bədbəxtlərin halına vay-vay!

Məni görən kimi sən hönkürərəkAçdım qollarım...Qucaqlaşdıq biz.Bu gün qucaqlaşan qollarımız təkNə vaxt birləşəcək bəs Vətənimiz?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri