Qisas böyütsün səni
Vasif Adıgözəlov bəstələmişdir
Əsən çovğun bu gecəQar üstünə qar qalar.Düzəngahda qurulmuşÇadırımı yırğalar.Görən, bizə nə deyirQarıldaşan qarğalarLayla balam, a layla.
Qulağımız hamıdanBir xoş xəbər soraqlar.Sızıldayan külək dəDərdimizə qan ağlarLayla balam, a layla.Rəva bildi tanrımıBizə bu işgəncəni?Mən böyüdə bilmədim,Qisas böyütsün səniLayla balam, a layla.
Göy bizə qənim olsunBu zülmü yerdə qoysaq.Qoy bizə qənim olsunQaçdığımız o torpaq!Layla balam, a layla.
Yanvar, 1994
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-qisas-boyutsun-seni
← → düymələri ilə keçid, R — təsadüfi şeir