Cavanşir Quliyev bəstələmişdir

Bir millətik, iki dövlətEyni arzu, eyni niyyətHər ikisi CümhuriyyətAzərbaycan-Türkiyə.

Bir ananın iki oğluBir ağacın iki qoluO da ulu, bu da uluAzərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdumAta yurda könül verdimAna yurdum, ata yurdumAzərbaycan-Türkiyə.

Birdir bizim hər halımızDiləyimiz, amalımızBayraqlarda hilalımızAzərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz birAyımız bir, ilimiz birEşqimiz bir, yolumuz birAzərbaycan-Türkiyə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən