Hilal qaşlarına yüz bərəkallah,Ayın nə həddi var, ona bab ola.Canı yanar sənə aşiq olanın,Yata bilməz gözlərində xab ola.

Qızıl güllər açılıbdı həmayinYarın gəlməsini eylərəm təyin,Dedim gözəl, olaq gəl bir qol-boyun,Neylərəm dünyanı, qoy xarab ola.

Abbas deyər: yar yarına varınca,Saraldı gül rəngi döndü narınca,Sən gözəli mən toruma salınca,Azca qaldı ömrüm bir turab2 ola!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq