Yası nəm ağlar
Mənim kür taleyim, bu kəc iqbalım,Pozulan könlümün yasın əmi ağlar.Günbəgün qarışıq gələn əhvalım,Dilimdə söylənən yasin, əmi, ağlar.
Qəhrim çoxdu, sən də qurma ay alar,Əcəl gəlsə, vaxtsız canım ay alar.Düşəndə yadıma əziz ayalar,Ah çəkər, gözlərim yası nəm ağlar.
Novrəs İman, könlün alsa, yar alı,Geydirib qəddimə qəmdən yar alı.Maral südlü vaxtsız ovçu yaralı,Deyər vaxtı gözlə, ya sin əm, ağlar.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-yasi-nem-aglar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey dil, cəmii vəz'i-cahana nə etibarDövri-mədari-çərxi-zəmanə nə etibar
NecəDavarişlər taladılar,Yaşlı-qoca demədilər.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,