Davarişlər taladılar,Yaşlı-qoca demədilər.Savadlını tutdurdular,“Yoldaş”, “xoca” demədilər,Dinə hürüşdülər betər,Ona uca demədilər,İman-dinin sahibləri,Göz yaşını sildi necə!

Elin bici, elin gici,Haqqı kökündən qazıdı.Deyirəm Şura “kişisi”,Quyruğu yanmış tazıdı,Urus-erməni qaynaşır,Ər xoş günə tamarzıdır;Bu gələn bir bic əyyamı,İli ağır ildi necə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri