Çəkmişəm
ŞəkərXoş gəldin bu bağa, Novrəs İmanım,Səndən ötrü intizarı çəkmişəm.Sən yada düşəndə üzülüb canım,Mansır tək Hələbdə darı çəkmişəm.
İmanAğlama, ağlama, ay Şəkər xanım,Şama pərvanayam, narı çəkmişəm.Ağlayırsan, qalmır dinim, imanım,Dağlarda çox boran-qarı çəkmişəm.
ŞəkərArifü pürkamal, qəşəngü qəllaş,Axtardın dünyanı, gəzdin başabaş.Mal-dövlət nə lazım, mən sana peşkaşQoynumdakı bir cüt narı çəkmişəm.
İmanİsmin yad eylədim, kərrari-kərimÇaşıb dolaşanda oldu rəhbərim.Fikirim, zikirim, dildə əzbərim,Allahi-əkbəri carı çəkmişəm.
ŞəkərŞəkərəm, söyləyim bəyanbabəyan,Arifsən, sözümün mətləbini qan.Naşı sərraf bilməz ləli-Bədəxşan,Mətahıma sən xirdarı çəkmişəm.
İmanNovrəs İman deyin mənim adıma,Xızır peyğəmbəri saldım yadıma,Sidqinən çağırdım, yetdi dadıma,Onun kimi mədədkarı çəkmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-cekmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Beş gəlmə sin ilən bir lam içindəOn dörddü cəmində qeyri sinayə.
Nə qala sən, sənGəldi sərin cəngə, titrər əzalar,Nə dərdə qalarsan, nə qala sən, sən.
Sin ayəsinəAxtaran dəricə dəryalar təkin,Dərs aldı, yetişdi “sin” ayəsinə.
Dal əyər, əyərÇən gəlsə dağlara, yellər əsdirər,Qışda çətin gəlsə, dal əyər-əyər.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Canım yandı, can ay Habil!təzələdin bir yaramı.
Hikmət (İki aqil kəs eyləməz dəva)İki aqil kəs eyləməz dəva,Eyləməz bir-birinə büğz əsla.
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.