İki aqil kəs eyləməz dəva,Eyləməz bir-birinə büğz əsla.Çəng əhməqlə eyləməz aqil,Əqli başında olsa gər kamil.Onu nadan söysə vəhşətlə,Bu onu ram edər fərasətlə.Dostluq bil ki, tari-mu kimidir,Büğz bir səng, ol səbu kimidir.Gər iki dost olsa sahibdil,Onu hifz eyləmək deyil müşkil.Saxlayar bir tükü iki aqil,Hər ikisi əgər deyil cahil.hər ikisi ki, olsa tirəzəmir,Onlara tab eyləməz zəncir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət