Bir fəqihə öz oğlu etdi xitab,Dedi, key fazili-büləndcənab,Bircə vaizlərin sözündən əsərGörmürəm mən özümdə zərrə qədər.Bu səbəbdən ki, görmüşəm səd barYoxdu kirdarı tabiqi-göftar.Tərki-dünyanı eyləyir təlim,Özləri cəm eyləyir zərü sim.Əhli-dünyayə virdi lənətdir,Gecə-gündüz xəyalı dövlətdir.Alimin ki, özündə yoxdu hünər,Eyləməz bir kəsə kəlamı əsər.Hər bir alim ki, olsa tənpərvərOla bilməz o bir kəsə rəhbər.Xəlqə söylər ki, eyləyin ehsan,Özünün nəfsini edər nisyan.İtiribdir özün ki, ol fazilOla bilməz o rəhbəri-cahil.Verdi alim cəvab, key cahil,Etdiyin bir xəyaldır batil.Gər tələb etsən alimi-məsum,Qalısan feyzi-elmdən məhrum.Baxma alimdə felü kirdarə,Əməl et, olsa nik göftarə.Yaxşı söz kimdən olsa zibadır,Demə bu möminü o tərsadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət