QeysərQəza kəməndinə olubsan düçar,Dolandırıb bu zamana, gəlibsən.Çəkərsən əlimdən yaxşı ahü zar,Boyanarsan əlvan qana, gəlibsən.

İmanDilimdə Məhəmməd, kani-zülkərəm,Əzbərimdi, bu cahana gəlmişəm.Bağlayıb ürəkdən sidqü etiqad,Onun kimi səxa kana gəlmişəm.

QeysərBinəva, nə lazım, darı mən quram,İstəmirəm, sənlə rubəru duram,Heyifsən, bənd edib, zindana vuram,Rəhm edərəm sən cavana, gəlibsən.

İmanSöyləmə zindanı, zalım Qeysəri,Çağırram Həsəni, şahi-heydəri.Hər zaman canına salı ləngəri,Doyduraram səni cana, gəlmişəm.

QeysərQeysərəm, nə zaman cəngdə durdum,Neçə cür aşığa damü tor qurdum,Sazın alıb, özün zindana vurdum,Axır sənsən, bu məkana gəlibsən.

İmanBil, mənəm ol şahi-heydər aşiqi,Hüseyni-şəhidin əkbər aşiqi.Novrəstə İmanam, dilbər aşiqi,Nə dəliyəm, nə divanə, gəlmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq