Qayıtma
Səni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.Yanaram səadət axtarışındaƏsil səadəti itirdiyimə.
Dikələr qocalmış illər dalındanZamana dağ çəkən əhdin, surətin.İkinci, üçüncü sevgilər, aman,Solğun kölgəsiymiş ilk məhəbbətin!
Dünyada bircə yol sevildim ancaq,Bircə yol duymuşam xoşbəxtlik nədir,Qalanı hamısı oyun, oyuncaq,Birinci duyğunun xatirəsidir.
Ötən günlərimiz durar üzümə,Vədələr yalançı söz qırığıymış.Sevgidən yazılan şeirlər demə,Sevgisiz qəlbimin hıçqırığıymış...
Səni xatırladım...azdı bu, azdı!..Ömrün yazı üçün ha alış, ha yan.İlk sevgim bəlkə də dərdli Arazdı,Kama yetişməmiş keçir dünyadan.
Mən əzab çəkdikcə tale kef çəkər,Güman da təzədən gələr bahar, qış...Yol getdik sevincdən kədərə qədər,Bu yol məhəbbətin qurbanlığıymış...
Qarşıda həsrətlər,dağlar, dənizlər,Yolun son nişanı ölümdür – yaşıl.Qayıtma, bir məğlub orduyuq biz də,Geri qayıtmağa yol qoymamışıq...
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-qayitma
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
تن زنده بجان آمد و جان زنده بجانانجان راهبر دل شد و دل راهبر جان
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Arizu eylər könül dildar gəlsin, gəlmədiArizu eylər könül dildar gəlsin, gəlmədi.Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.