O xoş pıçıltılar yoxmuş dünyada,Əlin yox, küləkmiş saçımda gəzən.Ayrılıq adlanan uçurumda daMəndən köməyini əsirgəməmisən.

Nə sevinc qalıbdır,nə yanar ürək,Nə də bir təsəlli yeri görünür.Zülmətə süzülən şam işığıtəkGözündə sonuncu ümidim sönür.

Gözündən biganə bir həvəs baxır,Bu mənəm sabahdan əlini üzən.

"Sevirəm" sözünü dişimdə sıxıb,Deyirəm: sən mənə gərək deyilsən!

Adın ürəyimi isitməz daha,Qoşa dayanmağa üzümüz yoxdu.Sonuncu görüşü başa vurmağaBir kəlmə mehriban sözümüz yoxdu!

Sanki yad torpağa sıxılır sinəm,Yox, daha o zərif çiçək deyilsən.Mən istidən yanan yolçu kimiyəm,Kölgənə deyirəm: gərək deyilsən!

Ayrılaq! Ah çəkib batmaram yasa,Dərdin də düz gəlsə, ondan razıyam.Köksümdə ürək də biganə olsa,Mən onu qoparıb tullayasıyam!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri