Sağ olsun ulularım,İşığı ərzə düşənSönməz ocaq çatıblar.“Vətən, vətən” deməyibVətəni ucaldıblar!

Yürüşümdən titrəyib,Həsəd çəkən, dərd çəkən,Kilsələrin küncündəKağızda dövlət qurub,Sərhəd çəkən, sədd çəkən –Süfrəmdən tikə umanGörüb özü damladır,Mən isə sonsuz ümman!

Onda Yurdu qoruyub,Adlayıb davaları,Tarixi yer üzünəQılınc ilə, daş ilə,Yazıbdı babalarım!

Şərqi Qərbə yetirib,Qərbi Şərqə çatıblar.Tarix yazmasalar da,Tarixi yaradıblar!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən